Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin (XİN) Avropa İttifaqı məsələləri üzrə dövlət katibi Marek Eştok Azərbaycanda səfərdədir.
Bu barədə NTV-yə diplomatik mənbə bildirib.
Səfər çərçivəsində M.Eştok Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək, görüşlər zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.
