satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Böyük Britaniya, Fransa və Almaniya səfirləri ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş açıqlamada bildirilir.

İyunun 11-də keçirilən görüşdə Böyük Britaniya, Fransa və Almaniyanın Rusiyadakı səfirləri Naycel Keysi, Nikolas de Rivyer və Aleksandr Qraf Lambsdorff iştirak ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı diplomatik nümayəndəliklərin rəhbərlərinə Moskvanın Ukrayna böhranı ilə bağlı ölkələrinin siyasətinə verdiyi qiymətlər barədə məlumat verilib.

Bundan əlavə, Rusiya tərəfinin münaqişəyə siyasi və diplomatik həll yolu tapmaq üçün mövqeyi izah edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM