ABŞ-nin paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Trans-Xəzər Forumu keçirilir.
NTV-nin məlumatına görə, forumda Azərbaycan, ABŞ, Qazaxıstan, Türkmənistan və digər ölkələrin yüksəkvəzifəli rəsmiləri, regional və qlobal liderlər iştirak edirlər.
Xəzər Siyasət Mərkəzinin 10 illiyinə təsadüf edən forum "Orta Dəhliz dönüş nöqtəsində: Trans-Xəzər regionu üçün növbəti nəslin böyüməsi" mövzusuna həsr olunub.
Tədbirdə “Strateji əlaqə və Orta Dəhliz”, “Enerji və kritik minerallar”, “Rəqəmsal transformasiya və sənayeli süni intellekt” mövzularında panellər təşkil olunacaq.
