satellite   Azerspace-1: 11135 H 30000

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, görüşdə diplomatın ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafı istiqamətində baş vermiş proseslər nəzərdən keçirilib. S.Qafarova Prezident İlham Əliyevin Almaniyaya səfərləri və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin münasibətlərin inkişafında mühüm rolunu vurğulayıb. Həmçinin ölkələrimiz arasında iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq məsələləri qeyd olunub.

Söhbət zamanı qanunverici orqanlar arasında da münasibətlərə diqqət yetirilib. Milli Məclisin sədri özünün Almaniyaya rəsmi səfərini, o cümlədən parlament dostluq qruplarının qarşılıqlı səfərlərini xatırladıb.

Səfir Ralf Horlemann Azərbaycanda alman irsinə olan münasibəti yüksək qiymətləndirib, bunu tolerantlığın göstəricisi kimi qeyd edib. O, fəaliyyəti dövründə ölkəmizi daha yaxından tanımaq imkanı əldə etdiyini bildirib və müsbət təəssüratlarını bölüşüb.

Səfir, həmçinin son dövrlər Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri qeyd edərək, bu istiqamətdə əldə olunan irəliləyişlərin regiona sülh və sabitlik gətirdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM