satellite   Azerspace-1: 11135 H 30000

Bakı-Tokio investisiya müqaviləsinin hazırlanması prosesi müzakirə olunub

Bakı-Tokio investisiya müqaviləsinin hazırlanması prosesi müzakirə olunub

Azərbaycan və Yaponiya investisiyaların təşviqi və qorunması haqqında saziş üzərində işin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

NTV-nin  məlumatına görə, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib.

"Bu, investisiyaların qorunması üçün təkmilləşdirilmiş hüquqi bazanı təmin edəcək və hər iki ölkədə yeni biznes imkanlarının yaradılmasına töhfə verəcək", - o bildirib.

Qurumdan vurğulayıblar ki, nazirlər Azərbaycan-Yaponiya Birgə İqtisadi Komissiyasının iqtisadi əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd edib, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün göstərilən səyləri alqışlayıblar.

"Onlar Azərbaycan və Yaponiya arasında İnvestisiyalar haqqında saziş üzərində işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Bu saziş investisiyaların qorunması üçün daha etibarlı hüquqi baza yaradacaq və hər iki ölkədə biznes üçün yeni imkanlar açacaq", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM