satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər - YENİLƏNİB - FOTOLAR

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər<font color='red'> - YENİLƏNİB </font><font color=red> - FOTOLAR</font> Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər<font color='red'> - YENİLƏNİB </font><font color=red> - FOTOLAR</font>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

NTV  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifahın əsas dayaqlarından biri olaraq qalmaqda davam edən Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsinə həsr olunub.

Görüş zamanı siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantılılıq layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya daxil olmaqla ikitərəfli əməkdaşlığın geniş gündəliyi nəzərdən keçirilib.

Nazirlər həmçinin Cənubi Qafqazda davamlı sülhün və normallaşmanın təmin olunması istiqamətində səylər, regional bağlantılılıq təşəbbüsləri və Orta Dəhlizin artan strateji əhəmiyyəti də daxil olmaqla regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.

14:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

NTV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM