satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutub

Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

NTV xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Baş nazir Paşinyan söhbət zamanı Türkiyə Prezidentini ötən Qurban bayramı münasibətilə təbrik edib; bu fürsətlə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması prosesi və regional məsələlər də müzakirə olunub", - paylaşımda bildirilib.

Ərdoğan Türkiyə ilə Ermənistan arasındakı normallaşmanın birbaşa ticarətin başladılmasına yönəlmiş addımlarla davam etdiyini qeyd edib.

Həmçinin Türkiyənin bölgədə sülh və sabitlik üçün səy göstərdiyini, bu istiqamətdə atılacaq addımları hər zaman dəstəkləyəcəyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM