Azərbaycan və Tatarıstan (Rusiya) arasında Sənaye Parkı layihəsinin reallaşdırılması müzakirə edilib.
NTV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bakı Enerji Həftəsi" çərçivəsində Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşmək xoş oldu. Azərbaycan-Tatarıstan iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsini və işgüzar dairələr arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsini qeyd etdik. Birgə Sənaye Parkı layihəsinin reallaşdırılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin təşviqi və Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə müzakirələrimiz oldu", - deyə o qeyd edib.
