satellite   Azerspace-1: 11135 H 30000

Tailandda Azərbaycanın Müstəqilliyi Günü qeyd olunub - FOTOLAR

Tailandda Azərbaycanın Müstəqilliyi Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> Tailandda Azərbaycanın Müstəqilliyi Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> Tailandda Azərbaycanın Müstəqilliyi Günü qeyd olunub<font color=red> - FOTOLAR</font> Tailandda Azərbaycanın Müstəqilliyi Günü qeyd olunub<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Tailanddakı səfirliyi paytaxt Banqkokda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.

NTV xəbər verir ki, qəbulda Tailand Krallığının xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi, nazirliyin yüksəkvəzifəli nümayəndələri, digər dövlət qurumlarının rəsmiləri, Tailandda yerləşən beynəlxalq təşkilatların təmsilçiləri, ictimai, siyasi və işgüzar dairələrin nümayəndələri, media təmsilçiləri, Tailandda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, habelə Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Tailandın dövlət himnləri səsləndirilib. Səfir Elçin Bəşirov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun xalqımızın əsrlərdən bəri yaşayan dövlətçilik ənənələrinin davamı olması və mövcud olduğu qısa müddət ərzində həyata keçirdiyi tarixi missiya, Azərbaycan-Tailand ikitərəfli münasibətlərində son dövrlər müşahidə olunan müsbət dinamika və qarşılıqlı səfərlər barədə məlumat verib. O, həmçinin öz çıxışında BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının Azərbaycan Respublikasının xarici işlər nazirinin sədrliyi ilə baş tutan 82-ci sessiyasına toxunub, habelə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda uğurla keçirildiyini qeyd edib.

Tailand xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb və iki ölkə arasında münasibətlərin müsbət məcrada inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib.

Ziyafətlə davam edən tədbirdə Azərbaycan musiqisi səsləndirilib, ölkəmizin mədəniyyəti və turizm imkanları, habelə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında videosüjetlər qonaqlara nümayiş etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM