satellite   Azerspace-1: 11135 H 30000

UN-Habitat rəsmisi: SPECA Şəhərlər Forumu vasitəsilə əlaqə və şəhər inkişafının gündəmini birləşdirəcəyimizə ümidvarıq

UN-Habitat rəsmisi: SPECA Şəhərlər Forumu vasitəsilə əlaqə və şəhər inkişafının gündəmini birləşdirəcəyimizə ümidvarıq

Ümid edirik ki, biz SPECA Şəhərlər Forumu vasitəsilə əlaqə və şəhər inkişafının gündəmini birləşdirə bilərik.

NTV  xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çərçivəsində keçirilən SPECA Forumunda (SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) çıxışı zamanı deyib.

“Biz SPECA-da çoxsəviyyəli idarəetməni tətbiq edirik. Əlaqələrin qurulması isə Asiya və Avropanı nəqliyyat, ticarətlə birləşdirən SPECA-nın əsas prioritetidir. Əgər dəhlizlər boyunca əsas şəhər qovşaqları davamlı deyilsə, əlaqələr davamlı ola bilməz. Biz, həmçinin SPECA şurasının konvensiyasında müzakirəyə çıxarılan və təsdiqlənən yeni layihə təklifi vasitəsilə UNESCAP-dakı tərəfdaşlarımız və ən əsası isə UN-Habitat ilə birlikdə praktik yollarla işləyirik. Təklifin diqqət mərkəzində Mərkəzi Asiyada iqtisadiyyatlarını dəstəkləyən davamlı və “ağıllı şəhər”lərdir. Bu layihə SPECA Şəhərlər Forumu çərçivəsində şəhərləri bir araya gətirəcək davamlı şəhərsalma, praktiki şəhərsalma həllərinin inkişafı, məlumat mübadiləsi və məlumat işini dəstəkləmək üçün maliyyələşdirmə üçün katalizator rolunda ilk addım olacaq”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM