satellite   Azerspace-1: 11135 H 30000

Xarici işlər naziri: Azərbaycan multimodal bağlantılarını ardıcıl şəkildə genişləndirir

Xarici işlər naziri: Azərbaycan multimodal bağlantılarını ardıcıl şəkildə genişləndirir

Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Şimal-Cənub Dəhlizinin əsas təşviqedicilərindən biri kimi beynəlxalq səviyyədə tanınan roluna söykənərək, postmünaqişə strategiyasının tərkib hissəsi olaraq multimodal nəqliyyat bağlantılarının inkişafını ardıcıl şəkildə təşviq edir.

NTV  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.

“2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Bəyannaməsi Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu təşəbbüsünün əsasını qoyub. Bu təşəbbüs yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal əlaqəni təmin etməyəcək, eyni zamanda, dəmir yolları, avtomobil magistralları, enerji kəmərləri, elektrik və fiber-optik kabellər vasitəsilə Asiya ilə Avropanı birləşdirən yeni strateji bağlantı xətti yaradacaq”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu və Türkiyənin yeni Qars-İğdır-Dilucu dəmiryolu xətti Zəngəzur dəhlizini tamamlayaraq regional bağlantını gücləndirəcək və Asiya ilə Avropa arasındakı əlaqələri daha da möhkəmləndirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM