İşğal nəticəsində Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb, 300-dən çox yaşayış məntəqəsi və kənd ciddi zərər görüb. Biz bərpa işlərini davam etdiririk. Qarabağ müasir şəhərsalma metodlarından istifadə edilərək yenidən qurulur.
NTV xəbər verir ki, bu sözləri sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qlobal mərkəz koalisiyalarında mənzil" adlı panel iclasda çıxışı zamanı söyləyib.
Həmin ərazilərin sıfırdan, hətta bəzən “mənfi”dən bərpa edildiyini, - çünki bu torpaqlar minalarla ciddi şəkildə çirkləndirilib, - deyən Prezidentin köməkçisi vurğulayıb: “Təxminən 1,5 milyon mina və digər partlayıcı qurğuların mövcudluğu təhlükəsizliyi ciddi şəkildə risk altına alır. Buna görə də genişmiqyaslı minatəmizləmə əməliyyatları aparılır. Çünki münaqişə sonrası bərpa prosesində təhlükəsizlik və yaşayış şəraiti məsələsi olduqca vacibdir. Eyni zamanda, azad olunmuş ərazilərin bərpasında beynəlxalq təcrübə və biliklərdən istifadə etmək üçün imkanlar araşdırılır”.
