satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar - FOTOLAR

Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar<font color=red> - FOTOLAR</font>

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 18-də Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum “Urban Expo” sərgisinin pavilyonları ilə tanış olublar.

NTV  xəbər verir ki, səfir və nazirə sərgi barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi hökumətlər, vətəndaş cəmiyyəti institutları, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma rolunu oynayır.

Eyni zamanda, yeni yaradılmış “Biznes və innovasiyalar mərkəzi” platformasında təmsil olunan 45 şirkət və 14 startap layihəsi də sərgidə iştirak edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM