satellite   Azerspace-1: 11135 H 30000

Mavriki Respublikasının Prezidenti: WUF13 təcrübələrin paylaşılması üçün gözəl fürsətdir

Mavriki Respublikasının Prezidenti: WUF13 təcrübələrin paylaşılması üçün gözəl fürsətdir

Forumun mövzusu dünyanı evlə təmin etməkdir. Bu sözsüz ki, dövrümüzün ən təcili çağırışlarına tam şəkildə cavab verir. Biz yeni şəhərlər üçün gündəliyi yenidən nəzərdə keçiririk.

NTV xəbər verir ki, bu sözləri WUF13-un Liderlər Sammitində Mavriki Respublikasının Prezidenti Daramber Qoxul deyib.

Prezident bildirib ki, hazırda dünyada 3 milyard insan hələ də uyğun olmayan mənzil şəraitində yaşayır. Bu ciddi, presedentsiz humanitar təhlükədir. Sözsüz ki, bu, dayanıqlı inkişaf üçün ciddi çağırışdır. Odur ki, WUF13 sadəcə vaxtında keçirilən bir forum deyil, eyni zamanda, təcrübələrin paylaşılması, biliyin və qabaqcıl təcrübənin ötürülməsi üçün ən gözəl fürsətdir və dayanıqlı şəhərsalma və inkişaf üzrə gündəliyə sadiqdir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM