satellite   Azerspace-1: 11135 H 30000

Liviya Prezident Şurasının Sədri Azərbaycana təşəkkür edib

Liviya Prezident Şurasının Sədri Azərbaycana təşəkkür edib

Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) təşkil etdiyi üçün Azərbaycana təşəkkür edib.

NTV xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində danışıb.

"Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürümüzü bir daha ifadə edirik. Biz onun nəticələrini hamı üçün daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki bir addım kimi səbirsizliklə gözləyirik. Bununla da bilik və texnologiya transferinə, eləcə də təcrübə mübadiləsinə ən yüksək əhəmiyyətin verilməsini təmin edə bilərik", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM