satellite   Azerspace-1: 11135 H 30000

Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək

Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək

Özbəkistan bundan sonra da Azərbaycanın Qarabağ regionunun inkişafına köməklik göstərməyə hazırdır.

NTV xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.

O vurğulayıb ki, Qarabağda sürətli şəkildə genişmiqyaslı quruculuq işləri həyata keçirilir:

"Sizin rəhbərliyinizlə (Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək - red.) Azərbaycan ərazisində, xüsusən də Qarabağda sürətli templərlə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Azad edilmiş ərazilərdə qısa müddət ərzində evlər bərpa edilib. Şadam ki, yeni yaşayış kompleksləri, müasir obyektlər, infrastrukturlar inşa edilir. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Özbəkistan bu nəcib işə həmişə öz töhfəsini verməyə hazırdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM