satellite   Azerspace-1: 11135 H 30000

Sahibə Qafarova Britaniya səfiri ilə parlamentlərarası və iqtisadi əlaqələri müzakirə edib - FOTOLAR

Sahibə Qafarova Britaniya səfiri ilə parlamentlərarası və iqtisadi əlaqələri müzakirə edib<font color=red> - FOTOLAR</font> Sahibə Qafarova Britaniya səfiri ilə parlamentlərarası və iqtisadi əlaqələri müzakirə edib<font color=red> - FOTOLAR</font> Sahibə Qafarova Britaniya səfiri ilə parlamentlərarası və iqtisadi əlaqələri müzakirə edib<font color=red> - FOTOLAR</font> Sahibə Qafarova Britaniya səfiri ilə parlamentlərarası və iqtisadi əlaqələri müzakirə edib<font color=red> - FOTOLAR</font> Sahibə Qafarova Britaniya səfiri ilə parlamentlərarası və iqtisadi əlaqələri müzakirə edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyata ən çox investisiya yatıran ölkədir.

NTV xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld ilə görüşdə müzakirə aparılıb.

Sədr bu kontekstdə enerji sahəsində əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.

Görüşdə yüksək səviyyəli səfərlərin və görüşlərin ölkələr arasında əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti önə çəkilərək, Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərləri, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin COP29-da iştirak üçün Azərbaycana səfəri, həmçinin qarşı tərəfdən reallaşdırılan bir sıra digər yüksək səviyyəli səfərlər qeyd olunub.

Söhbət zamanı bildirilib ki, iqtisadi əlaqələr iki ölkə arasında ikitərəfli münasibətlərin əsas tərkib hissələrindən biridir.

Diqqətə çatdırılıb ki, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan biridir. Spiker Sahibə Qafarova qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və sıx dialoqun əhəmiyyətindən danışıb.

Səfir Fergus Auld ölkələr arasında mövcud olan sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM