satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Koreya rəsmisini bölgədəki sülh prosesi barədə məlumatlandırıb - FOTOLAR

Ceyhun Bayramov Koreya rəsmisini bölgədəki sülh prosesi barədə məlumatlandırıb<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Koreya rəsmisini bölgədəki sülh prosesi barədə məlumatlandırıb<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Koreya rəsmisini bölgədəki sülh prosesi barədə məlumatlandırıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Koreyanın Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hakimi vəzifəsinə namizədi Cin-Hyon Paiki qəbul edib.

NTV xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlər, o cümlədən qarşıdan gələn BƏM hakimi seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cin-Hyon Paik öz peşəkar fəaliyyəti, beynəlxalq hüquq sahəsində təcrübəsi və BƏM-də prioritet kimi irəli sürməyi planlaşdırdığı istiqamətlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn aliliyinə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq məhkəmə institutlarının rolunun gücləndirilməsinə verdiyi önəmi vurğulayıb. Bu kontekstdə, Azərbaycan tərəfindən BƏM hakimi seçkilərinə hərtərəfli yanaşıldığı və namizədlərin peşəkar keyfiyyətlərinin diqqətlə nəzərdən keçirildiyi bildirilib.

Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Cənubi Qafqaz bölgəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM