satellite   Azerspace-1: 11135 H 30000

"Mastercard": Süni intellekt kibertəhlükəsizlikdə oyun qaydalarını dəyişib

"Mastercard": Süni intellekt kibertəhlükəsizlikdə oyun qaydalarını dəyişib

Süni intellekt kibertəhlükəsizlikdə oyun qaydalarını dəyişib.

NTV  xəbər verir ki, bunu ​"Mastercard"ın Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Kiber Məsləhət xidmətləri üzrə vitse-prezidenti Cihan Salihoğlu Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.

"Təhdid mühitini idarə edən və ya onu dəyişdirən digər bir amil əlbəttə ki, süni intellektdir (AI). Üç il bundan əvvəl "ChatGPT" ictimaiyyətə açıldıqda, sıravi insanların istifadəsinə verildikdə, bütün oyun tamamilə dəyişdi. Çünki hazırda biz AI-nin yaratdığı və yaxud dəstəklədiyi hücumlarla qarşı-qarşıyayıq. İndi isə hücumçular həm hücumların icra həcmini artırmaq, həm də tətbiqlər və ya boşluqlardan istifadə edən proqramlar yaratmaq üçün Aİ-dən əhəmiyyətli dərəcədə yararlanırlar", - deyə o qeyd edib.

Bundan başqa, C.Salihoğlu deyib ki, "Mastercard" hər dəqiqə 200 real kibercumun qarşısını alır: "Şirkət dünyanın ən çox hədəf alınan təşkilatlarından biridir. Bunun əsas səbəbi maliyyə vəsaitlərinin burada cəmləşməsidir. "Mastercard" hər dəqiqə təxminən 200 unikal və real kibercumu müəyyən edir, qarşısını alır və zərərsizləşdirir. Bu statistikaya port skan edilməsi kimi kəşfiyyat xarakterli fəaliyyətlər daxil edilmir".

"Mastercard" son 10 ildə yalnız kibertəhlükəsizlik şirkətlərinin satın alınmasına 11 milyard ABŞ dollarından çox vəsait xərcləyib. Bu rəqəmə korporativ təhlükəsizlik büdcələri daxil deyil və yalnız satınalmalar nəzərə alınıb. Şirkətin son satınalmalarından birinin dəyəri 2,65 milyard ABŞ dolları təşkil edib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM