satellite   Azerspace-1: 11135 H 30000

“Nvidia” və “Unitree” humanoid robotların hazırlanması üçün etalon platforma təqdim edib

“Nvidia” və “Unitree” humanoid robotların hazırlanması üçün etalon platforma təqdim edib

ABŞ-nin “Nvidia” və Çinin “Unitree” şirkətləri humanoid robotların hazırlanması üçün nəzərdə tutulan “Isaac GR00T” etalon platformasını təqdim ediblər. Platforma aparat bazasını və proqram ekosistemini birləşdirərək robot sistemlərinin hazırlanmasını və öyrədilməsini sürətləndirməyə imkan verir.

NTV  “Nvidia” şirkətinə istinadla xəbər verir ki, platforma təxminən 180 santimetr boya və 68 kiloqram çəkiyə malik “Unitree H2” robotunun bazasında qurulub. Sistem hərəkətlərin öyrədilməsi və məkanda orientasiya üçün 22 sərbəstlik dərəcəsinə malik manipulyatorlar, kameralar və sensorlar dəsti ilə təchiz olunub.

Platformanın hesablama əsasını “FP4” hesablamalarında 2070 teraflopsa qədər məhsuldarlığa malik “Nvidia Jetson AGX Thor T5000” çipi təşkil edir. Robot 15 kiloqramadək yük qaldıra və üç saata qədər avtonom rejimdə işləyə bilir.

Proqram ekosisteminə “Isaac Teleop”, “Isaac Sim”, “Isaac Lab” və “Isaac ROS” alətləri, həmçinin təlim, məntiqi qərarvermə və müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün “Isaac GR00T” modelləri daxildir.

“Unitree” etalon robotunun tədarükünə bu ilin sonunadək başlanılması planlaşdırılır. Platformanın tam istifadə edilməsi isə ilin sonuna doğru müştərilər üçün əlçatan olacaq. “Nvidia” şirkətinin rəhbəri Jensen Huang bildirib ki, şirkət ABŞ, Avropa və Cənubi Koreyadan olan robototexnika tərtibatçıları ilə də oxşar layihələri inkişaf etdirməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM