Gələn ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün yarım milyard manatdan çox vəsait nəzərdə tutulur

Gələn ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün yarım milyard manatdan çox vəsait nəzərdə tutulur

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub. 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin dekabrın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı tədbirlər həyata keçirilir:

“Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir”.

Əli Əsədov, həmçinin qeyd edib ki, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaq. Eyni zamanda, Prezidentin ötən ay Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzalanmış fərmanları su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsinə imkan verəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM