Dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı - 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bu barədə NUHÇIXAN-a agentlikdən bildirilib.
Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.
Vəziyyəti qənaətbəxşdir.