Azərbaycan hərbçilərinin minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb, şahidlər dindirilib

Azərbaycan hərbçilərinin minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb, şahidlər dindirilib

Azərbaycan hərbçilərinin minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb, şahidlər dindirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 24-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları Şadmanov Əkrəm Yunus oğlu və Seyidov Tural İslam oğlunun həlak olması və Əliyev Elvin Taleh oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsi və Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən ilkin prosessual yoxlama hərəkətləri icra edilib.

Fakta görə Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Allahdan şəhidlərimizə rəhmət, hərbçimizə şəfa diləyirik.

Xəbər lenti
Ərdoğan İtaliyaya gedib

15:29 14.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM