Azərbaycan Argentinaya nota verib

Azərbaycan Argentinaya nota verib

Sentyabrın 11-də Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə NUHÇIXAN-a nazirlikdən məlumat verilib.

Görüş zamanı Argentina Prezidenti Alberto Fernandesin 10 sentyabr 2023-cü il tarixində Nyu Delhi şəhərində G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib.

Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq bölgədəki reallıqları təhrif edən, suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı terminologiyanın əks olunduğu bu kimi əsassız fikirlərin səsləndirilməsinin təəssüf doğurduğu bildirilib.

Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ yollardan, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə təklifləri, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsi, vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi bildirilib.

Bu xüsusda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bəyanatlardan çəkinilməsinin vacib olduğu Argentina tərəfinin diqqətinə çatdırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM