Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutulub

Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", MN-dən bildirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM