Overçuk: Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar davam edir

Overçuk: Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar davam edir

Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar davam edir.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini, Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı yaradılmış üçtərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.

"Təbii ki, hər hansı bir gərginlik həmişə işimizə mənfi təsir göstərir, onları ləngidir və vaxt keçir, biz yenidən qayıdıb işimizə davam edirik. Danışıqlar dayandırılmayıb, davam edir", - deyə Overçuk qeyd edib.

O əlavə edib ki, danışıqların növbəti mərhələsi “şərtlər yetişəndə” baş tutacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM