Rumıniyalı analitik: "Prezident İlham Əliyevin sayəsində Azərbaycan regionun iqtisadi mərkəzinə çevrilib"

Rumıniyalı analitik: "Prezident İlham Əliyevin sayəsində Azərbaycan regionun iqtisadi mərkəzinə çevrilib"

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinin, bütövlükdə regionun təhlükəsizliyinin təmin olunmasında və inkişafında mühüm xidmətləri var. Azərbaycanın inkişafa yönələn siyasətində qazandığı uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Rumıniyada nəşr olunan nüfuzlu “Geopolitika” jurnalının baş redaktoru, professor, siyasi analitik Vasile Simileanu deyib.

Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün Avropaya körpü rolunu oynadığını bildirən professor qeyd edib ki, o, həmçinin Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. “Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcək. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub. Azərbaycan regionun strateji, iqtisadi mərkəzinə çevrilib”, - deyə analitik əlavə edib.

Vasile Simileanu Azərbaycanla Rumıniya arasında münasibətlərə, Prezident Klaus Yohannisin Azərbaycana səfərinə toxunaraq, strateji tərəfdaşlığın daha da dərinləşdiyini və möhkəmləndiyini vurğulayıb, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrdə ölkəsinin potensialından istifadə edilməsinin zəruriliyini diqqətə çatdırıb. O vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.

Siyasi analitik sonda qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq potensialı get-gedə artır, bu isə regionun və Avropa İttifaqının daha sıx əməkdaşlığı üçün çox vacib amillərdən biridir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM