Prezident İlham Əliyevin ADA Universitetindəki beynəlxalq konfransda çıxışı Yaponiya mediasının da diqqətindədir

Prezident İlham Əliyevin ADA Universitetindəki beynəlxalq konfransda çıxışı Yaponiya mediasının da diqqətindədir

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı Yaponiya mediasının diqqətində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nüfuzlu JIJI PRESS agentliyinin və “ajmedia.jp” portalının yapon və ingilis dilində yaydığı məlumatlarda dövlətimizin başçısının çıxışından əsas məqamlara yer ayrılıb. Yapon oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Praqa görüşündən az sonra Fransa Prezidenti E.Makronun müsahibəsində Azərbaycanı tənqid etməsini, ölkəmizə qarşı əsassız ittihamlarla çıxış etməsini, bundan bir qədər sonra bu ölkənin Senatı tərəfindən məlum qətnaməsinin qəbul olunmasını və Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdini qəbuledilməz hesab edib. Dövlətimizin başçısına istinadla vurğulanıb ki, bütün bunlardan sonra Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, həmin ölkənin rəhbərliyinin günahıdır.

JIJI PRESS agentliyi bildirib ki, Azərbaycan Prezidenti dekabrın 7-də Brüsseldə Ermənistanla keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını və rəsmi Bakının digər variantları nəzərdən keçirəcəyini bildirib. Prezident İlham Əliyevə istinadla qeyd edilib ki, Ermənistanın Baş naziri Paşinyanın həmin görüşdə E.Makronun iştirak etməsi şərtini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir.

Xəbər lenti
Çox oxunan xəbərlər