İƏT Gənclər Forumunun Prezidenti Fransa Senatına kəskin etirazını bildirib

İƏT Gənclər Forumunun Prezidenti Fransa Senatına kəskin etirazını bildirib

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin liderliyində təsis edilən və hazırda Prezident İlham Əliyevin Sədrlik etdiyi hakim partiya son otuz ildə Azərbaycanın inkişafında, çiçəklənməsində çox mühüm rol oynayaraq strateji nailiyyətlərə imza atıb. Bu münasibətlə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm.

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, çevik siyasi qərarları və möhkəm iradəsi sayəsində otuz il işğal altında olan Azərbaycan torpaqları düşmən təcavüzündən azad edilib və beynəlxalq səviyyədə tanınan sərhədləri bərpa edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhanın yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda Azərbaycan hakimiyyətinin digər tərəflərin də dəstəyi ilə Cənubi Qafqazda sülh naminə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylər yüksək dəyərləndirilir, bu prosesin əməkdaşlıq üçün gözəl imkanlar yaratdığı vurğulanır. Bildirilir ki, mövcud vəziyyət mədəni və iqtisadi inteqrasiya üçün gözəl fürsətlər ortaya qoyub.

Diqqətə çatdırılır ki, Azərbaycan-Ermənistan münasibətlərində normallaşdırma səylərinə qarşı olan, atılan sülh addımlarına xələl gətirən, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülhməramlı çağırışlarına, eləcə də işğaldan azad olunan ərazilərdəki quruculuq işlərinə maneə olmağa çalışan bəzi tərəflərin fəaliyyəti narahatedicidir. Bu kontekstdə Fransa senatının 2022-ci il noyabrın 15-də Azərbaycana qarşı qəbul etdiyi məlum qətnamə kəskin şəkildə pislənilir. Qeyd olunur ki, bu hüquqa zidd addım Fransanın müsəlmanlara qarşı İslamofobiya yanaşmasının növbəti təzahürüdür. Məlum sənəddəki müddəalar qərəzli və ədalətsizdir.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan Fransa hökumətinə və parlamentinə tövsiyə edir ki, öz tarixlərinə, xüsusilə davamlı törətdikləri qırğınlara, çoxəsrlik müstəmləkəçiliklərinin acı nəticələrinə nəzər yetirsinlər. Yerləşdiyi coğrafiyadan çox-çox uzaqda süni sülhməramlı görüntü yaratmaqdansa, tarixin acı həqiqətlərindən dərs götürsələr yaxşıdır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM