Britaniya Parlamentinin Azərbaycan qrupu Ermənistanın törətdiyi təxribatla əlaqədar bəyanat yayıb

Britaniya Parlamentinin Azərbaycan qrupu Ermənistanın törətdiyi təxribatla əlaqədar bəyanat yayıb

Böyük Britaniya Parlamentinin Azərbaycan qrupu dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar bəyanat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda Ermənistanın sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədi boyunca Azərbaycanın suveren ərazisinə yeni qəddar hücumlar təşkil etməsi və bu təxribatların günahsız mülki şəxslərə, infrastruktura və Azərbaycan Ordusuna qarşı yönəldiyi qeyd olunub.

Bildirilib ki, bu hücumlar Qarabağ bölgəsinə deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren sərhədlərinə yönəlib və tamamilə əsassız olub.

Böyük Britaniya Parlamentinin Azərbaycan qrupu baş verən son hadisələrə görə Ermənistanı ən sərt şəkildə qınadığını bəyan edib və münaqişə nəticəsində hər iki tərəfində itkilərə görə dərin narahatlığını ifadə edib.

Qrup Ermənistanı Avropa İttifaqının himayəsi ilə aparılan normallaşma prosesinə sadiqlik nümayiş etdirməyə və dialoqu bərpa etməyə çağırıb.

“Son hadisələr etimad tellərini sarsıdır və biz Ermənistanı münaqişədən sonra qalan məsələlərin həllinə nail olmaq üçün Azərbaycanla konstruktiv və vicdanlı işləməyə, ən əsası, minalanmış ərazilər, itkin düşmüş Azərbaycan vətəndaşları haqqında məlumatların paylaşılmasına və blokun açılmasına çağırırıq. Ermənistan regional sülh üçün bu nadir imkan pəncərəsi bağlananadək sülh prosesinə yenidən qoşulmalıdır”, - deyə bəyanatda vurğulanıb.

Eyni zamanda, 2022-ci il 31 avqust tarixli Brüssel görüşü zamanı hər iki tərəfin qəbul etdiyi yekun hərtərəfli sülh sazişi üzərində birgə işi intensivləşdirməyin və görüşdə qaldırılan məqamlar üzərində işin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qrup tərəfindən verilən bəyanatda, həmçinin qeyd olunub: “Beynəlxalq ictimaiyyətin, o cümlədən Böyük Britaniyanın Ermənistanı qınamasına və onu son müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etməsinə çox təcili ehtiyac var. Biz təcili olaraq Böyük Britaniya hökumətindən Ermənistanın təcavüzünə dərhal son qoyulmasını tələb etmək üçün digər dövlətlərə qoşulmağı xahiş edirik. Biz, eyni zamanda, Böyük Britaniya hökumətindən onun öz maraqları üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülhə nail olmaq naminə Aİ-nin vasitəçiliyi ilə normallaşma prosesinə qəti siyasi dəstəyini verməsini xahiş edirik”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM