Tacikistanda 28 May-Müstəqillik Günü münasibətilə mərasim təşkil edilib - FOTOLAR

Tacikistanda 28 May-Müstəqillik Günü münasibətilə mərasim təşkil edilib<font color=red> - FOTOLAR</font> Tacikistanda 28 May-Müstəqillik Günü münasibətilə mərasim təşkil edilib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın dövlət bayramı 28 May –Müstəqillik Günü və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycanın Tacikistandakı Səfirliyi Düşənbənin “Hyatt Regency” hotelində rəsmi ziyafət təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Tacikistanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycan-Tacikistan Parlamentlərarası Dostluq qrupunun üzvləri, ictimai-siyasi dairələrin nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri, diplomatik korpusun üzvləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan söz açıb, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrin sırasına düşdüyünü, ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq, qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığını bildirib.

Səfir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib, otuz ilə yaxın bir dövrdə düşmən işğalı altında qalan torpaqlarımızın azad olunduğunu, böyük qələbəni xalqımıza Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun bəxş etdiyini vurğulayıb.

Ə. Əskərov son 30 ildə Azərbaycan ilə Tacikistan arasında münasibətlərin inkişaf dinamikasından bəhs edib, əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini bildirib. Səfir Azərbaycan-Tacikistan münasibətlərinin əsasında iki dövlət başçısı arasında mövcud olan səmimi münasibətlərlə yanaşı, xalqlarımızın tarixən mövcud olan təmasların dayandığını qeyd edib. 30 il bundan əvvəl əsası qoyulan münasibətlərin bu gün öz bəhrəsini verdiyini deyən səfir əlamətdar gün münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.

Tədbir çərçivəsində həmçinin diaspor fəalı, Tacikistanın tanınmış teatr tənqidçisi, ictimai xadim, tərcüməçi və şairə, soydaşımız Almas Hacıyevaya Azərbaycan mədəniyyətinin, incəsənətinin Tacikistanda təbliği, diaspor fəaliyyətindəki xidmətlərinə görə və 75 illik yubileyi münasibətilə səfir Əlimirzamin Əskərov tərəfindən Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Tədbirdə qonaqlara ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən kitab və bukletlər verilib, videomateriallar nümayiş etdirilib, iştirakçılara milli mətbəx nümunələri təklif olunub.

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM