Səlcuk Bayraktar Azərbaycan Mig-29 qırıcısında Bakı səmasında - VİDEO

Bakıda keçiriləcək "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn “Baykar Texnologiya”nın rəhbəri Səlcuk Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Səlcuk Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.

Səlcuk Bayraktarın uçduğu MiG-29 "Baykar" şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI TİHA ilə paralel uçuş həyata keçirib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM