satellite   Azerspace-1: 11135 H 30000

Kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinə icazə veriləcək

Kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinə icazə veriləcək

Kənd təsərrüfatı fəaliyyətinə mane olduqda kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqların götürülməsinə icazə veriləcək.

NTV  xəbər verir ki, bu məsələ Milli Məclisin iyunun 12-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanuna edilən dəyişikliklərin əsas məqsədi əkin və çoxillik əkmələr üçün nəzərdə tutulmuş kənd təsərrüfatı torpaqlarında istehsala mane olan yaşıllıqların (ağac, kol və digər bitkilərin kökündən çıxarılması və ya kəsilməsi) götürülməsinin hüquqi əsaslarını və mexanizmini formalaşdırmaqdır. Layihə bu cür maneələrin aradan qaldırılmasını qanunla icazə verilən hallar sırasına daxil edir və xüsusilə kolların kəsilməsi üçün sadələşdirilmiş prosedur tətbiqini nəzərdə tutur.

Sənəd əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha səmərəli tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliyinin artırılmasına və istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edəcək.

Qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qəbələdə zəlzələ olub

15:51 12.06.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM