satellite   Azerspace-1: 11135 H 30000

Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib

Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib

BMT-nin Uşaq Fondunun 2025-ci il hesabatına görə, dünyada hər 4 dəqiqədən bir uşaqlar zorakılığa və cinayətə məruz qalır.

NTV  xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.

O bildirib ki, ötən il dünyada 1,6 milyard uşaq evdə fiziki və psixoloji təzyiqlərlə üzləşib: “90 milyon uşaq 2025-ci ildə cinsi zorakılığa məruz qalıb. Bu statistika dünya miqyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Ancaq digər ölkələrlə müqayisədə bu sahələrdə Azərbaycanın vəziyyətini uğurlu hesab edə bilərik".

Baş prokuror qeyd edib ki, 2025-ci ildə 18 yaşına çatmayan 478 şəxs cinayət məsuliyyətinə cəlb edilib:

“Eyni zamanda 784 nəfər 18 yaşına çatmayan şəxs zərərçəkmiş qismində qeydə alınıb. Digər ölkələrlə müqayisədə bu rəqəm həyəcanverici deyil, amma istənilən halda bizi narahat edir. Əsas problemlərdən biri uşaqların hüquqi savadlılığının aşağı olması və bu prosesdə maarifləndirmə prosesinin zəif olmasıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM