satellite   Azerspace-1: 11135 H 30000

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına köçürülən keçmiş məcburi köçkünlərin layiqli yaşayışının təminatı üçün aparılan genişmiqyaslı işlərin bir istiqaməti də onların aktiv məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə  verilən məlumata görə, doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə 10 min 623 nəfərinin məşğulluğu artıq təmin edilib. Onlardan 7 min 915 nəfəri işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində vakansiyalar üzrə münasib işlərlə təmin edilib. 1828 nəfər isə müxtəlif fəaliyyət sahələri üzrə fərdi məşğul olanlardır.

Həmçinin 880 nəfər özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatlarını qurublar. Azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin nazirliyin önəmli məşğulluq proqramlarından olan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində iş yerləri ilə təminatı da həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə ötən dövrdə 39 əmək yarmarkası təşkil olunub. Həmin aktiv məşğulluq tədbirlərində sakinlərə ərazidəki mövcud vakansiyalar təqdim edilməklə, onlar əmək bacarıqlarına uyğun vakansiyalar üzrə işlə təmin edilirlər.

Doğma yurdlarına köçürülən sakinlərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi üçün hazırlıq kursları da təşkil edilir. Ötən dövrdə onlardan 506 sakin həmin kurslara cəlb olunub. Kursları başa vuranların yeni öyrəndikləri peşələr üzrə işlə təminatı həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə sosial dəstək olaraq, onlara birdəfəlik müavinət (600 manat), hər il 5 gün əlavə məzuniyyət verilir, aylıq vəzifə maaşlarına əlavələr edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM