satellite   Azerspace-1: 11135 H 30000

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

Qazaxıstan regionlararası qarşılıqlı əlaqələrin gücləndirilməsində və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsində maraqlıdır.

NTV Qazaxıstan Prezidentinin ofisinə istinadla xəbər verir ki, bu məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Sülh Şurasının baş müşaviri Arye Laytstoun arasında keçirilən görüşdə müzakirə olunub. İki tərəf TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) təşəbbüsünü və Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə edib.

Laytstoun Qazaxıstanın Sülh Şurasında və digər beynəlxalq təşəbbüslərdə fəal iştirakını, o cümlədən İbrahim sazişlərinə qoşulmaq qərarını yüksək qiymətləndirib.

Öz növbəsində, Tokayev Qazaxıstanın Sülh Şurasında iştirakının vacibliyini qeyd edib. “Sülh Şurasının təsisçi üzvlərindən biri olaraq əminik ki, bu qurum qlobal sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə səmərəli töhfə verəcək”, - deyə dövlət başçısı bildirib.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli gündəmlərin geniş spektri üzrə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM