satellite   Azerspace-1: 11135 H 30000

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilib.

AYNA-dan NTV-yə bildirilib ki, WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərib.

Tədbirlə bağlı daşımalar başlayandan (12-22 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 10 220 səfər yerinə yetirilib və 179 000-ə yaxın sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.

Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilib. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və İdarə Heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM