satellite   Azerspace-1: 11135 H 30000

Anaklaudia Rossbax: Şəhərlərin sürətli və plansız genişlənməsi su resurslarına ciddi təzyiq göstərir

Anaklaudia Rossbax: Şəhərlərin sürətli və plansız genişlənməsi su resurslarına ciddi təzyiq göstərir

Hazırda dünyada təxminən 2 milyard insanın təhlükəsiz və adekvat suya çıxışı yoxdur. Eyni zamanda, gecəqondularda yaşayan 1 milyard insanın da əsas su xidmətlərinə ehtiyacı var.

NTV xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O bildirib ki, bu səbəbdən su təminatının gücləndirilməsi vacib məsələlərdən biri kimi ön plana çıxır.

“Bu problem urbanizasiya və şəhər planlaşdırılması ilə də birbaşa bağlıdır. Şəhərlərin sürətli və plansız genişlənməsi təbii ehtiyatlara, xüsusilə su resurslarına ciddi təzyiq göstərir. Əhali artımı ilə şəhər infrastrukturu arasında balans yaranmadıqda, əsas xidmətlərin təmin edilməsi çətinləşir”,- deyə o diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM