Mənzil təminatının miqyasını genişləndirmək, həmçinin bunun dayanıqlı olmasını təmin etmək lazımdır. WUF13-də aparılan müzakirələr nəticəsində biz qiymətləndirmələrə yenidən baxmalı olduğumuzu gördük.
NTV xəbər verir ki, bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə “International Organization for Migration” (IOM) təşkilatının Əməliyyatlar üzrə baş direktor müavini Ugochi Daniels deyib.
“Biz adətən təsirə məruz qalmış binaların sayını hesablayırıq. Lakin söhbət yalnız zərər görmüş binaları hesablamaqdan getmir, biz insanlarla danışmalıyıq. Onların orada qala bilmələri üçün ehtiyaclarını soruşmalıyıq. Yəni biz torpaq reyestrlərinə, mənzil siyasətinə və maliyyə mexanizmlərinə investisiya qoymalıyıq. Çünki bunlar olmadan proses dayanıqlı deyil”, - deyə Ugochi Daniels bildirib.
