Düşünürəm ki, mənzil məsələsi, həmçinin fəlakətdən və böhrandan sonrakı bərpa prosesi həqiqətən kritik bir elementdir. İllər ərzində biz mənzil bərpası üzərində işləyən bəzi ölkələrə miqyaslı dəstək vermişik.
NTV xəbər verir ki, bunu Dünya Bankı Qrupunun Şəhər, Yerli Maliyyə, Turizm və Fəlakətlərin İdarə Edilməsi üzrə Qlobal Direktoru Minq Zanq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.
