satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin deputatı: Qarabağ və Şərqi Zəngəzurda müasir və təhlükəsiz şəhər mühiti formalaşdırılır

Milli Məclisin deputatı: Qarabağ və Şərqi Zəngəzurda müasir və təhlükəsiz şəhər mühiti formalaşdırılır

Azərbaycanın bütün ərazilərini əhatə edən dövlət proqramları və inkişaf konsepsiyaları mövcuddur. Əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərin təhlükəsiz şəkildə bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhər mühitinin formalaşdırılmasıdır.

NTV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı panel sessiyasında çıxışı zamanı deyib.

"Əhalinin sosial rifahının yaxşılaşdırılması və həyat şəraitinin yüksəldilməsi də prioritet istiqamətlərdəndir. Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir", - deyə V.Rəhimzadə deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM