Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur. Çalışmaq lazımdır ki, düzgün informasiyaları artıraq, maarifləndirməni genişləndirək.
NTV xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzulu tədbirdə “Ikua4change” təşkilatının həmtəsisçisi, Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru Blanca Mujica Acuna Judith deyib.
O qeyd edib ki, qurumlar media institutları ilə daim əməkdaşlıq etməli, birlikdə işləməlidir: “Onlar daha dayanıqlı gələcək quracaqlar. Bu bizim səslərimizin eşidilməsi üçün də vacibdir”.
