satellite   Azerspace-1: 11135 H 30000

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram

Dayanıqlı inkişaf və mənzil təminatına dair çağırışlar birbaşa şəhərlərlə bağlıdır. Belə ki, qlobal ümumi daxili məhsulun təxminən 80 faizi şəhərlərdə formalaşır, eyni zamanda, qlobal istixana qazı emissiyalarının 70 faizi də məhz şəhərlərin payına düşür. Bundan başqa, növbəti 25 ildə dünyada gözlənilən 1,5 milyard nəfərlik əhali artımının böyük hissəsi məhz şəhərlərin payına düşəcək. Bu baxımdan, iqlim dəyişikliyi və bərabərsizlik kimi qlobal problemlərin həlli birbaşa şəhərlərdə tətbiq olunacaq siyasətdən asılıdır.

NTV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhərsalma Mükafatı: Mənzil həllərini qlobal təsir üçün genişləndirmə" adlı tədbirə ünvanladığı videomüraciətində tanınmış britaniyalı memar Norman Foster söyləyib.

Memar şəhər merləri, yerli idarəetmə orqanlarının rəhbərləri və vətəndaş cəmiyyəti liderlərinin “Bakı Şəhərsalma Mükafatı”nın əsas fəlsəfəsini təşkil edən dayanıqlı şəhərsalma və mənzil təminatı vasitəsilə müsbət dəyişikliklərə imza ata biləcəklərini vurğulayıb. “Buna görə də “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə üzv qismində dəvət olunmaqdan şərəf duyuram. Bu çox vacib tədbirə yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) və Bakı Şəhər İcra Hakimiyyətinə dərin ehtiramımı bildirirəm”, - deyə Norman Foster əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM