satellite   Azerspace-1: 11135 H 30000

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

Dünyada təxminən 3 milyard insan layiqli və müvafiq standartlara cavab verən mənzil təminatından məhrumdur. 1,1 milyarddan çox insan isə qeyri-formal yaşayış məskənlərində, o cümlədən gecəqondular və qeyri-qanuni tikililərdə yaşayır.

NTV xəbər verir ki, bu sözləri "Takween" İnteqrasiya Olunmuş İcmaların İnkişafı Təşkilatının Tədqiqat və Hüquqların Müdafiəsi Şöbəsinin müdiri Dina Xəlil Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Öhdəlikdən təsirə - şəhərlərdə həyat keyfiyyətinin vahid birlikdə təkmilləşdirilməsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu vəziyyət insanların gündəlik həyatının müxtəlif sahələrinə ciddi təsir göstərir: “İnsanlar artıq ailə gəlirlərinin daha böyük hissəsini mənzil xərclərinə yönəldirlər. Gəlirlərin əhəmiyyətli hissəsi kirayə ödənişlərinə və ya ev sahibi olmaq üçün kreditlərin ödənilməsinə sərf olunur ki, bu da digər əsas ehtiyaclar üçün daha az vəsait qalması deməkdir. Təəssüf ki, insanlar evdən çıxarılma riski, evsizlik ehtimalı və yoxsulluqla bağlı daimi narahatlıq içində yaşayırlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM