Dayanıqlı urbanizasiya və enerji keçidi bir-biri ilə sıx bağlı olan inkişaf prioritetləridir.
NTV xəbər verir ki, bunu İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud WUF13 çərçivəsində keçirilən D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqundakı çıxışında deyib.
“Qlobal enerji istehlakının və istixana qazı emissiyalarının təxminən 70 faizi şəhərlərdə formalaşır. Mərkəzləşdirilmiş enerji sistemləri qarşıdakı onillikdə əsas hərəkətverici amillərdən biri olacaq. Biz ötən ildən etibarən beş texniki prioriteti müəyyən etmişik. Bunlara əlverişli mühitin yaradılması, hökumətlər arasında inteqrasiya olunmuş şəhər enerji sistemlərinin və günəş enerjisindən istifadənin təşviqi, xüsusilə də enerji sahəsində prioritet istiqamətlərin inkişafı daxildir”, - deyə Sohail Mahmud vurğulayıb.
