satellite   Azerspace-1: 11135 H 30000

Eliud Emeri: iqlim dəyişikliklərinin nəticələri artıq bütün dünyada açıq şəkildə müşahidə olunur

Eliud Emeri: iqlim dəyişikliklərinin nəticələri artıq bütün dünyada açıq şəkildə müşahidə olunur

İqlim dəyişiklikləri və münaqişələrin təsiri dünya üzrə icmaların yaşayışına və iqtisadi inkişafına ciddi təsir göstərir. Bu prosesdə yerli icmaların qərarqəbuletmə mexanizmlərində fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

NTV xəbər verir ki, bu fikirləri Keniyada ətraf mühitin mühafizəsi üzrə “Consortium of Grassroots” QHT Konsorsiumunun prezidenti və “TUBAE-International” ətraf mühitin mühafizəsi təşəbbüslərin icraçı direktoru Eliud Emeri “Davamlı və inklüziv şəhər planlaşdırılması: qlobal tərəfdaşlıqlar və QHT-lərin qərarvermə prosesinə təsiri” mövzusunda paneldə çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliklərinin nəticələri artıq bütün dünyada açıq şəkildə müşahidə olunur. “Münaqişələr və iqlim dəyişikliklərinin təsirləri iqtisadiyyatların inkişafına və icmaların yaşayış vasitələrinə ciddi zərbə vurur. Dayanıqlılığın təmin olunması üçün həm hökumətlərin, həm də icmaların yerli təşəbbüslərə əsaslanan yanaşmaları prioritet hesab etməsi vacibdir. İcmaların rifahı onların özlərini və resurslarını necə idarə etməsindən birbaşa asılıdır”, deyə icraçı direktor əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM