satellite   Azerspace-1: 11135 H 30000

UN-Habitat-ın icraçı direktoru: Şəhərsalmanın əsas nəticələrindən biri sosial həmrəyliyin gücləndirilməsidir

UN-Habitat-ın icraçı direktoru: Şəhərsalmanın əsas nəticələrindən biri sosial həmrəyliyin gücləndirilməsidir

Şəhərlərin dayanıqlı inkişafı və qlobal mənzil böhranının aradan qaldırılması üçün hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

NTV xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, son 50 ildə şəhərsalma sahəsində əldə olunan əsas nəticələrdən biri sosial həmrəyliyin və ictimai müqavilənin gücləndirilməsinin vacibliyidir.

“Şəhərlərdə sosial birliyi və ictimai müqaviləni möhkəmləndirməliyik. Eyni zamanda, artıq anlayırıq ki, bu qədər böyük və mürəkkəb vəzifəni tək bir qurum yerinə yetirə bilməz”, – deyə Anaklaudia Rossbax vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM