satellite   Azerspace-1: 11135 H 30000

WUF13-də Azərbaycanda şəhər statistikası barədə danışılıb

WUF13-də Azərbaycanda şəhər statistikası barədə danışılıb

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən sessiyada Azərbaycan Dövlət Statistika Komitəsinin sektor müdiri Arzu Tağıyeva ölkəmizdə şəhər statistikası və dayanıqlı inkişaf göstəricilərinin hesablanması sahəsində görülən işlər barədə məlumat verib.

NTV xəbər verir ki, o, “Gələcək urbanizasiya: Şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda sessiyanın panel hissəsindəki çıxışında şəhər statistikası və monitorinq sistemlərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində bir sıra göstəricilərin hesablanması istiqamətində mühüm addımlar atılır.

Arzu Tağıyeva qeyd edib ki, xüsusilə nəqliyyata çıxış və ictimai məkanlara əlçatanlıq göstəricilərinin hesablanması sahəsində yeni metodologiyalar tətbiq olunur. Bu prosesdə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq həyata keçirilir. Nəqliyyat əlçatanlığının qiymətləndirilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatlarından istifadə olunur, avtobus dayanacaqları barədə məlumatlar inteqrasiya edilir və bu əsasda inklüzivlik indeksi hesablanır. Eyni zamanda, əhalinin açıq ictimai məkanlara çıxış səviyyəsi də təhlil edilir.

Sektor müdiri əlavə edib ki, əldə olunan nəticələr hər il BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təqdim olunur və bu əməkdaşlıq şəhər inkişafı sahəsində daha dəqiq və əsaslandırılmış qərarların qəbuluna töhfə verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM