satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Dünyada hər ölkədə WUF13 miqyasında tədbirlər keçirilə bilmir

Hikmət Hacıyev: Dünyada hər ölkədə WUF13 miqyasında tədbirlər keçirilə bilmir

Dünyada hər ölkədə WUF13 miqyasında tədbirlər keçirilə bilmir.

NTV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkandır:

"Azərbaycan COP29-a uğurla ev sahibliyi etdiyi kimi, WUF13-ə də edir. Hər ölkədə bu kimi tədbirlərin keçirilməsi üçün bizdə olduğu kimi şərait yoxdur. Buna təhlükəsizlik məsələləri, müharibələr səbəb göstərilə bilər".

H.Hacıyev həmçinin bildirib ki, Azərbaycanın məcburi köçkünləri bir vaxtlar çadırlarda yaşayırdısa, hazırda onların evi var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM