satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

Hikmət Hacıyev: Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb, 300-dən çox yaşayış məntəqəsi və kənd ciddi zərər görüb.

NTV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, həmin ərazilər sıfırdan, hətta bəzən "mənfi"dən bərpa edilir, çünki bu torpaqlar minalarla ciddi şəkildə çirkləndirilib:

"Təxminən 1,5 milyon mina və digər partlayıcı qurğuların mövcudluğu təhlükəsizliyi ciddi şəkildə risk altına alır. Buna görə də genişmiqyaslı minatəmizləmə əməliyyatları aparılır. Çünki münaqişə sonrası bərpa prosesində təhlükəsizlik və yaşayış şəraiti məsələsi olduqca vacibdir. Eyni zamanda, azad olunmuş ərazilərin bərpasında beynəlxalq təcrübə və biliklərdən istifadə etmək üçün imkanlar araşdırılır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM